Bakıdan Pekinə uçuşlardakı fasilə uzadıldı

İnfrastruktur
  • 10 fevral, 2020
  • 13:02
Bakıdan Pekinə uçuşlardakı fasilə uzadıldı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşları əvvəlcədən deyildiyi kimi martın 8-i deyil, 31-də bərpa edəcək. 

Bu barədə “Report”a AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Xatırladaq ki, AZAL Çinə uçuşları bu ilin yanvarın 27-dən dayandırıb və bunu sözügedən istiqamətdə tələbatın azalması ilə izah edib. Aviaşirkətin qərarı Çində koronavirusun yayılması ilə üst-üstə düşüb.

Qeyd edək ki, indiyə qədər koronavirus ucbatından 813 nəfər ölüb, 37 198 nəfər isə bu virusa yoluxmuş hesab olunur. Onlardan 6 188-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Çində yayılmış epidemiya ilə əlaqədar dünyanın bir sıra ölkələri ilə Çin arasında birbaşa aviareyslərin təşkili müvəqqəti təxirə salınıb.