Bakıdan İranın daha iki şəhərinə aviareyslər açılır

Bakıdan İranın daha iki şəhərinə aviareyslər açılır Bu, İranın İsfahan və Şiraz şəhərləri olacaq
İnfrastruktur
24 Oktyabr , 2016 14:58
Bakıdan İranın daha iki şəhərinə aviareyslər açılır

Bakı. 24 oktyabr. REPORT.AZ/ İranın “Ata Airlines” aviaşirkəti 2017-ci ilin yanvar ayının sonundan etibarən Bakıya daha iki şəhərdən - İsfahan və Şirazdan birbaşa uçuşlara başlamaq niyyətindədir.

“Ata Airlines”dən “Report”a verilən məlumata görə, həftədə iki dəfə reallaşacaq reyslərə biletlərin qiyməti hələ təyin edilməyib: “Biletlərin qiyməti gələn il müəyyənləşdiriləcək. İranın Şiraz şəhərinə bu il iyunun 10-dan turpaket çərçivəsində həftədə bir dəfə uçuşlar həyata keçirilirdi. İsfahan istiqamətində Bakıdan uçuşlar isə olmayıb. Amma gələn ildən aviaşirkətimiz hər iki marşrut üzrə müntəzəm reyslərə start verəcək”.

Qeyd edək ki, aviaşirkət təyin edilən reyslər üzrə uçuşları “Airbus A320” təyyarələri ilə reallaşdıracaq.

Son xəbərlər

Orphus sistemi