Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq

Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq Sentyabrın 17-19-da Bakıda “Qara Dəniz - Xəzər Logistika Forumu 2023: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək.
İnfrastruktur
5 Avqust , 2024 15:44
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq

Sentyabrın 17-19-da Bakıda “Qara Dəniz - Xəzər Logistika Forumu 2023: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək.

“Report” bu barədə tədbirin təşkilatçısı olan “Rdl Group” şirkətinə istinadən xəbər verir.

Forumda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün yeni imkanlar, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforması kimi potensialı; nəqliyyat dəhlizinin əsas halqası olan Qazaxıstan və Gürcüstan ərazisi ilə tranzit məsələləri müzakirə olunacaq.

Həmçinin Ukraynadakı mövcud vəziyyətin beynəlxalq nəqliyyat marşrutlarının dəyişməsinə təsiri, Türkiyənin logistika infrastrukturunun inkişafı, Qazaxıstan və Ukraynadan taxıl və yağlı bitkilərin ixracı, gübrə idxalı (əsas tədarükçülər və marşrutlar), regionda dəniz limanları və terminalların inkişafı, risklərin sığortası və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Ötənilki konfransda 17 ölkədən 210 nümayəndə iştirak edib.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə qədər uzanır.

Son xəbərlər

Orphus sistemi