Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda “Koroğlu” metro stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.
"Report" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qurşadırılan dayanacaqlar üzərinə ictimai nəqliyyatda davranış qaydalarına dair maarifləndirici məlumatlar vurulub.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakı Nəqliyyat Agentliyi bu gün Nəqliyyat Mübadilə Mərkəzinin kiçik sərnişinləri üçün də surpriz hazırlayıb. Belə ki, BNA-nın əməkdaşları gün ərzində mərkəzə gələn balaca sərnişinlərə bayram hədiyyələri təqdim edib. Hədiyyə paketləri ilə yanaşı, uşaqlara ictimai davranış qaydaları haqqında maarifləndirici materiallar da təqdim edilib.
Qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə şəhərətrafı qəsəbələrdən 29 marşrut xətti üzrə sərnişin avtobusları daxil olur.