Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

İnfrastruktur
  • 22 oktyabr, 2018
  • 11:00
Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bugün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsiüzrə Avropa Regional Ofisində "Hi-Scan-Hi-Trax II" baxış-rentgentexnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

DövlətGömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, DGK əməkdaşlarıüçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarxnümayiş etdirilib.

Sonra təlimçilər tərəfindən "Hi-Scan-Hi-Trax II"baxış-rentgen texnikasının istismar qaydaları barədə məlumat verilib.

Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları,təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə,gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi DGK-nınmüvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları- Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarəninSkanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin rəisi Əmir Əsədovvə Naxçıvan MR Dövlət Gömrük Komitəsi Yoxlama-baxış sistemlərinin istismarı şöbəsininrəisi Əkrəm Məmmədov aparır.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə əldə edəniştirakçılara sertifikatlar veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti