Bakıda daha bir mərkəzi küçə təmirə bağlanır

Bakıda daha bir mərkəzi küçə təmirə bağlanır Yol aprelin 3-dən 4-nə keçən gecədən etibarən, təmir işləri bitənədək bağlı olacaq
İnfrastruktur
104
3 Aprel , 2017 14:34
Bakıda daha bir mərkəzi küçə təmirə bağlanır
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

 "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda qeyd edilən yollarda təmir işlərinin aparılacağı bildirilib. 

Xəbərdə qeyd edilib ki, həmin istiqamətdə hərəkətin məhdudlaşdırılması aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.

"Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər", - deyə xəbərdə əlavə edilib.

Son xəbərlər

Orphus sistemi