Bakıda daha bir avtobus marşrutu yenisi ilə əvəzlənib
İnfrastruktur
- 02 noyabr, 2015
- 06:36
Bakı. 2 noyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması çərçivəsində 2 saylı avtobus marşrut xəttini 21 nömrəsi ilə əvəzləyib.
"Report"un əldə etdiyi məlumata görə, 2 nömrəli marşrutun xətti bu gündən etibarən 21 nömrəsi ilə fəaliyyət göstərir. Lakin 21 nömrəli marşrut da əvvəlki 2 nömrəli marşrut xəttinin yolu ilə hərəkət edir: "Xətai" metrosu-Nobel prospekti-C.Naxçıvanski adına Hərbi Lisey-Gəncə prospekti-Ukrayna dairəsi-"Əhmədli" metrosu-"Xətai" metrosu. Əvvəlki 2 saylı marşrut xətti ləğv olunub.
Qeyd edək ki, 21 nömrəli marşrut saat 06:00-dan 24:00-a kimi sərnişinlərə xidmət edir.
Bu istiqamət üzrə 12 avtobus hərəkət edir.
Son xəbərlər
11:05
Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyir
Futbol11:00
Almaniya XİN başçısı Kiyevdə səfərdədir
Digər ölkələr10:56
Azərbaycan və Almaniya dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığı gücləndirir
İnfrastruktur10:50
ABŞ 20 milyard dollarlıq Kanada məhsullarına 50 % rüsum tətbiq edib
Digər ölkələr10:38
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti görüşlər baş tutacaq
Komanda10:37
Ötən gün qanunsuz saxlanan 15 silah, 2 qumbara aşkarlanıb
Hadisə10:32
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Ekologiya10:16
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
Sənaye10:13