Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib.
"Report"un məlumatına görə, təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.
"Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “BakıKart”ın balansını artıra və gedişhaqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir", - deyə o qeyd edib.
“BakıKart” mobil tətbiqi və