Bakıda 8 istiqamətdə tıxac yaranıb - SİYAHI
- 23 fevral, 2024
- 04:23
Bakıda bir sıra yollarda tıxac yaranıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hazırda paytaxtın Heydər Əliyev prospekti əsas yol, mərkəz, Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası, 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər, Neftçilər prospekti, Azneft dairəsi istiqamətində, Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində, Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər və Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.