Bakı-sərnişin stansiyasının baş yolları əsaslı təmir olunur
- 05 dekabr, 2016
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolunun (600 km) əsaslı təmiri layihəsi çərçivəsində Bakı-sərnişin stansiyasında 1 100 metr uzunluğunda baş yol əsaslı təmir olunur və artıq 500 metr dəmir yolu qoyulub. Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumatda qeyd edilib.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Mövcud mürəkkəb şərait nəzərə alınaraq, təmir işləri iki gün davam edəcək.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında Bakı-Böyük Kəsik dəmir yolu sahəsində 600 km-lik hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci il oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 185 km-dən artıq dəmir yolu əsaslı təmir olunub.