​Bakı - Nijni Novqorod istiqamətində yeni aviauçuşlara başlanılacaq

​Bakı - Nijni Novqorod istiqamətində yeni aviauçuşlara başlanılacaq İki şəhər arasında müntəzəm reyslər həyata keçiriləcək
İnfrastruktur
29 Mart , 2015 13:51
​Bakı - Nijni Novqorod istiqamətində yeni aviauçuşlara başlanılacaq

Bakı. 29 mart. REPORT.AZ/ İyunun 6-dan başlayaraq Rusiyanın Nijni Novqorod şəhəri ilə Bakı arasında müntəzəm uçuşlara start veriləcək. Bu barədə "Report"a uçuşların həyata keçiriləcəyi "Striqino" hava limanından məlumat verilib.

Bakı ilə yanaşı, uçuşlar İrəvan, Düşənbə, Daşkənd və Fərqanə şəhərlərinə də yerinə yetiriləcək.

Nijni Novqoroddan Avropa istiqamətində isə aprelin 4-dən etibarən Praqaya, 23-dən Helsinkiyə, mayın 31-dən isə Barselonaya aviareyslər yerinə yetiriləcək.

Qeyd edilir ki, 20 aviaşirkət Rusiyanın və dünyanın müxətlif şəhərlərinə müntəzəm və çarter reysləri həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi