Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.
Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana dörd reys gecikir.
"Report"un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı olan J2-253, 16:40-da uçmalı olan J2-255 və 19:00-da uçmalı olan J2-265 reysləri təxirə salınıb.
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana üç reys gecikir.
"Report"un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə salınıb.
Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reys gecikir.
"Report"un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 və 11:50-də uçmalı olan J2-253 reysləri saat 12:30-a kimi təxirə salınıb.
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
"Report"un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi saat 9:30-a kimi təxirə salınıb.
Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasındakı mövcud hava şəraiti ilə əlaqədardır.