Bakı metrosunda qatarların hərəkəti ləngiyir

Bakı metrosunda qatarların hərəkəti ləngiyir Buna səbəb qatarlardan birində nasazlıq yaranmasıdır
İnfrastruktur
150
1 Avqust , 2017 09:19
Bakı metrosunda qatarların hərəkəti ləngiyir

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, hadisəyə səbəb "Həzi-Aslanov" - "İçəri Şəhər" istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.

"Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi