Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini nəzərə alaraq, "
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarlarının ayrılması nəzərdə tutulub.
Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni"nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.
Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.