Bakı hava limanı 11 ayda 5 milyondan çox sərnişinə xidmət göstərib

Bakı hava limanı 11 ayda 5 milyondan çox sərnişinə xidmət göstərib Bu ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,301 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 % çoxdur.
İnfrastruktur
7 Dekabr , 2023 16:24
Bakı hava limanı 11 ayda 5 milyondan çox sərnişinə xidmət göstərib

Bu ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,301 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 % çoxdur.

"Report" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, 11 ayda aeroportdan 45 minə yaxın reys həyata keçirilib. Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 %-i xarici aviadaşıyıcıların, qalanı isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) payına düşüb. AZAL 1 milyon 925 mindən çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.

Hesabat dövründə 42 aviaşirkət hava limanına müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəlidir. Loukosterlərin payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 % təşkil edib. Ümumilikdə, ən çox sərnişini “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” şirkətləri daşıyıb.

Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.

Son xəbərlər

Orphus sistemi