AZAL-ın təyyarəsi məcburi eniş edib - YENİLƏNİB

AZAL-ın təyyarəsi məcburi eniş edib - YENİLƏNİB Sərnişinlər avtobuslarla yola salınacaq
İnfrastruktur
341
11 İyun , 2016 15:58
AZAL-ın təyyarəsi məcburi eniş edib - YENİLƏNİB

İlk xəbər saat 14:17-də verilib

Bakı. 11 iyun. REPORT.AZ/ Bakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq. Bunu “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.

İki aeroport arasında məsafə təxminən 25 km-dir.

"Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq", - deyə aeroportdan bildirilib.

Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan "A-320" təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxaq Hava Limanına enməli olub. 

***

Artıq Bakı-Dubay aviareysini yerinə yetirən "A-320" təyyarəsi Şarja Beynəlxaq Hava Limanından Dubaya yola salınıb. Qeyd edək ki, ilk öncə sərnişinlərin Şarjadan Dubaya avtobuslarla nəql edilməsi planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi