BAIC tamamilə elektrikli avtomobil istehsalına keçir

BAIC tamamilə elektrikli avtomobil istehsalına keçir Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin ən böyük avtomobil şirkətlərindən olan BAIC yaxın 3 il ərzində hibrid daxil olmaqla, dizel və benzinlə işləyən avtomobillərin istehsalını, 2025-ci ilə qədər isə satışını dayandıracağını bildirib. 
İnfrastruktur
12 Dekabr , 2017 11:04
BAIC tamamilə elektrikli avtomobil istehsalına keçir

Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin ən böyük avtomobil şirkətlərindən olan BAIC yaxın 3 il ərzində hibrid daxil olmaqla, dizel və benzinlə işləyən avtomobillərin istehsalını, 2025-ci ilə qədər isə satışını dayandıracağını bildirib. 

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu açıqlamanı BAIC qrupunun rəhbəri Suy Hey verib.

Hey bildirib ki, verilən qərarın əsasında Çin hökumətinin 2040-cı ilə qədər ölkədə bütün dizel və benzinli avtomobilləri qadağan etmək planı durur. Çin hökumətinin indidən elektriklə işləyən avtomobillərin batareyalarında istifadə olunan litium və kobalt təchizatına nəzarəti gücləndirdiyi bildirilir. Belə ki, Çin artıq qlobal kobalt ehtiyatlarının 80%-ni ələ alıb.

Xatırladaq ki, BAIC 2017-ci ilin ilk yarısında 12 215 ədəd elektrikli avtomobil satışı həyata keçirib.

Son xəbərlər

Orphus sistemi