"Azərsu"yun göstərdiyi xidmətlərin dəyəri ötən il 42 % artıb

İnfrastruktur
  • 09 mart, 2022
  • 13:26
Azərsuyun göstərdiyi xidmətlərin dəyəri ötən il 42 % artıb

2021-ci ildə "Azərsu" ASC-nin istehlakçılara göstərdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri 2020-ci illə müqayisədə 41,6 % artıb.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə həmçinin deyilir ki, ötən il istehlakçılara 290,4 mln. kub metr içməli su satılıb, 183,7 mln. kub metr həcmində tullantı sularının axıdılması xidməti göstərilib.

Hesabat dövründə su təchizatı və kanalizasiya xidmətlərinə görə yığımın səviyyəsi 92,8 % təşkil edib, xidmət göstərilən abunəçilərin sayı 4,6 % artıb.