“Azərsu” ötən il 116 min sayğac quraşdırıb

“Azərsu” ötən il 116 min sayğac quraşdırıb 2016-cı ildə qurumun abunəçilərinin sayı 36 min nəfər artıb
İnfrastruktur
1097
11 Fevral , 2017 15:51
“Azərsu” ötən il 116 min sayğac quraşdırıb

Bakı. 11 fevral. REPORT.AZ/ 2016-cı ildə “Azərsu” ASC abunəçiləri üçün 116 min ədəd sayğac quraşdırıb. 

Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

Budnan başqa, onun sözlərinə görə, ötən il təmsil etdiyi qurum 745 km içməli su xətti çəkib ki, bunun da 92 km-i magistral kəmərdir: "Həmçinin ötən il 435 km kanalizasiya xətti çəkilib, 15 su anbarı tikilib, 26 subartezian quyusu qazılıb istifadəyə verilib”.

2016-cı ildə “Azərsu”nun abunəçilərinin də sayı artıb. "Əgər 2015-ci ilin yekununda abunəçilərin sayı 1,377 mln. 2016-cı ilin yekununda bu rəqəm 36 min ədəd və yaxud 2,61% artaraq 1,413 mln.-a çatıb”.

Son xəbərlər

Orphus sistemi