"Azərsu": "Abonentlərin 30 %-i kanalizasiya xidmətindən istifadə etmir"

"Azərsu": "Abonentlərin 30 %-i kanalizasiya xidmətindən istifadə etmir" "Azərbaycanda əhali abonentlərinin təxminən 70 %-ə yaxını həm su, həm kanalizasiya xidmətlərindən, 30 %-i isə yalnız su xidmətlərindən istifadə edir".
İnfrastruktur
29 Dekabr , 2021 11:40
Azərsu: Abonentlərin 30 %-i kanalizasiya xidmətindən istifadə etmir

"Azərbaycanda əhali abonentlərinin təxminən 70 %-ə yaxını həm su, həm kanalizasiya xidmətlərindən, 30 %-i isə yalnız su xidmətlərindən istifadə edir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərsu" ASC-dən məlumat verilib.

"Bu o deməkdir ki, bizim abonentlərin 30 %-i kanalizasiya xidmətlərindən istifadə etmir. Bu ərazilərdə kanalizasiya şəbəkəsi mövcud deyil və abonentlər kanalizasiya xətlərinə qoşulmayıblar. Həmin abonentlər əsasən öz fərdi xətlərindən istifadə edirlər. Ötən illə müqayisədə bu il kanalizasiya xidmətlərindən istifadə edənlərin sayında ciddi dəyişiklik olmayıb", - məlumatda bildirilib.

Xatırladaq ki, "Azərsu" ASC tərəfindən həyata keçirilən tullantı sularının axıdılması xidmətinin tarifləri 1 kub/metrə görə əhali abonentləri üzrə 0,30 manat, qeyri-əhali abonentləri üzrə isə 1 manat təşkil edir.

2021-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən, “Azərsu” ASC ölkə üzrə 1 milyon 663 min 320 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1 milyon 598 min 908-i əhali, 64 min 412-i isə qeyri-əhali abunəçiləridir.

Son xəbərlər

Orphus sistemi