Bakı.26 yanvar.REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları üçün növbəti təlimlər keçirilib.
Bu barədə "Report"a Gəmiçilikdən bildirilib.
Məlumata görə, təlimlər Beynəlxalq Dəniz Təşkilatının (İMO) 6.09 model kursu üzrə “Təlimçinin təlimi və İMO-nun 3.12 və 1.30 model kursları üzrə “Dənizçilik sahəsində səlahiyyətli imtahan götürən” istiqamətləri əsasında keçirilib.
İnteraktiv formada təşkil olunan məşğələləri Gəmiçiliyin Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov və kapitan Titos Giannakakis aparıb. Dinləyicilərin tədris prosesində üzləşdikləri çətinliklər, kursların təşkili, proqramların müasirləşdirilməsi ilə bağlı məsələlər təlim zamanı öz həllini tapıb.