"Azərbaycanın məqsədi təkcə tranzit ölkə olmaq deyil. Bu istiqamətdə gəlir az olur. Buna görə də Azad Ticarət Zonasının yaradılması vacibdir ki, proseslərə dəyər qatsın".
"Report" xəbər verir ki, bunu
Onun sözlərinə görə, Azad Ticarət Zonası sahəsində Azərbaycanda qəbul edilmiş qanunvericilik son 10 il üçün ən mütərəqqi nümunədir: "Burada bütün qanunlar fərqlidir. Yalnız cinayət qanunvericiliyi olduğu kimi qalıb".
Xatırladaq ki, 2016-cı ilin martın 17-də Prezident
Bu sərəncamdan sonra 7 sentyabr 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin tanınmış və həmin ildə illik gəliri 1 milyard ABŞ dollarına çatmış “DP World” şirkəti ilə müqavilə bağlanılıb. Dünya üzrə 78 terminala sahib “DP World” şirkəti Ələt AİZ-nin inkişaf planını hazırlayıb və cari ilin may ayının 23-də hökumətə təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2017-ci il tarixli sərəncamı ilə azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi üçün Milli Məclisin vitse-spikeri
Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu AİZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcək. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulubdur. Misal üçün neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub.
Ümumiyyətlə, AİZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsiri (Cumulative impact to GDP) 57 mlrd dollar səviyyəsində hesablanıb.