Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.
“Report” açıqlamanı təqdim edir:
1. Bakı - Quba - Rusiya ilə dövlət sərhədi Qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir. Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
2. Giləzi - Xızı
Qar yağır, 8-10 dərəcə şaxta var. Yoldan kənarda qarın hündürlüyü 10-15 sm təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
3. Bakı - Qobustan
Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-25 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Şaxta 5-7 dərəcə təşkil edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
4. Qobustan - Şamaxı - Muğanlı
Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-30 sm qar var. Şaxta 4-5 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
5. Muğanlı - Ağsu - Yevlax
Qar yağır, güclü külək əsir. Muğanlı ərazisində 15-20 sm qar, 5-6 dərəcə şaxta var. Ağsu dolaylarında 8-15 sm qar yağmış, yolun Ağsu-Ağdaş hissəsində 1-2 dərəcə şaxta var, yolda qar yoxdur. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6. Bakı - Ələt - Hacıqabul
Qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7. Hacıqabul – Ucar – Yevlax
Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi
Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9. Muğanlı – İsmayıllı
Qar yağır, yolun kənarlarında 10-15 sm qar var. Güclü külək əsir, yolun 0-25 km hissəsində, eləcə də meşə zolağında yerləşən hissəsində buzlaşma əmələ gəlmişdir. Şaxta 3-4 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10. İsmayıllı-Qəbələ - Oğuz- Şəki
Marşrut boyu qar yağır, güclü külək əsir, 2-3 dərəcə şaxta var. İsmayıllı və Qəbələ rayonları ərazisində 10-15sm, Oğuz və Şəki rayonları ərazisində 2-3 sm qar var. Hazırda kənd yolları daxil olmaqla yolların qardan təmizlənməsi və normal
hərəkətin nəmin olunması istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11. Şəki – Qax – Zaqatala – Gürcüstan ilə dövlət sərhəd
Marşrut boyu zəif qar yağır, güclü külək var. 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
12. Yevlax – Şəki (Göybulaq)
Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13. Gəncə-Daşkəsən - Xoşbulaq
Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14. Şəmkir - Gədəbəy
Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
15. Ələt – Astara – İran ilə dövlət sərhədi
Yolun Masallı-Astara hissəsində zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16. Masallı – Yardımlı
Zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17. Lənkəran – Lerik
Qar yağır, güclü külək əsir, şaxta 5-6 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
18. Hacıqabul – Bəhramtəpə – Horadiz
Zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.