Azərbaycanda sənaye məhsullarının istehsalı 3%-dən çox artıb

Azərbaycanda sənaye məhsullarının istehsalı 3%-dən çox artıb Bakı. 13 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3,8 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çox sənaye məhsulu istehsal edilib.
İnfrastruktur
13 Fevral , 2019 11:42
Azərbaycanda sənaye məhsullarının istehsalı 3%-dən çox artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3,8 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8% artıb.

Sənaye məhsulunun 72,5%-i mədənçıxarma sektorunda, 22%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,8% azalıb, əmtəəlik qaz hasilatı isə 26,4% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9%, içkilərin istehsalı 48,9%, kompüter, elektron və optik məhsulların istehsalı 37,1%, kimya sənayesi məhsullarının istehsalı 35,4%, elektrik avadanlıqlarının istehsalı 25,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15%, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, tikinti materiallarının istehsalı 6,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5% artıb, poliqrafiya məhsullarının istehsalı 0,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, əczaçılıq məhsullarının istehsalı 24,4%, hazır metal məmulatlarının istehsalı 25,4%, geyim istehsalı 32,3%, tütün məmulatlarının istehsalı isə 33,5% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,1% artıb.

Son xəbərlər

Orphus sistemi