Azərbaycanda meşə fonduna aid torpaqların icarə verilməsi müddəti dəyişdirilir

Azərbaycanda meşə fonduna aid torpaqların icarə verilməsi müddəti dəyişdirilir Bu məsələdə maksimal müddət 10 ildən 49 ilə çatdırılacaq
İnfrastruktur
174
25 Yanvar , 2017 11:35
Azərbaycanda meşə fonduna aid torpaqların icarə verilməsi müddəti dəyişdirilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda meşə fonduna aid torpaq sahələrinin icarəyə verilməsi üçün maksimal müddət artırılır. 

"Report" xəbər verir ki, bununla əlaqədar Meşə Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. 

Qeyd edək ki, hazırda torpaqlar 1 ildən 10 ilə qədər müddətə icarəyə verilə bilər. Müvafiq qanun layihəsində isə maksimal müddətin 49 ilə çatdırılması öz əksini tapıb. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, bu, o demək deyil ki, torpaq ancaq 49 ilə icarəyə veriləcək: "Torpaqların icarə verilməsi müddəti maksimum 49 il olacaq". 

Qeyd edək ki, Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi bu gün Parlamentin komitə iclasında müzakirə olunaraq təsdiq olunub və yaz sessiyasının gündəliyinə salınıb. 

Son xəbərlər

Orphus sistemi