Azərbaycanda iyunda sərnişindaşıma tarifləri artıb
- 15 iyul, 2015
- 11:47
Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,3% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1%, digər xarici ölkələr üzrə 4,1% bahalaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 11,7% artıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri müvafiq olaraq 1,4% və 1,1% azalıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
İyun ayında boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 0,1% ucuzlaşıb, neftin nəql olunma tarifi isə sabit qalıb.