Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 85 %-dən çox artıb

İnfrastruktur
  • 17 dekabr, 2022
  • 10:17
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 85 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 17 milyon ton yük, 4 534,8 min sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % və 85,4 % çoxdur.

Hesabat dövründə orta hesabla sutkada 376 vaqon yüklənmiş, 398 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

44 filmi