​Azərbaycana Qazaxıstandan yeni teplovoz gətirilib

​Azərbaycana Qazaxıstandan yeni teplovoz gətirilib Bu, ölkədə ilk yeni belə nəqliyyat vasitəsidir
İnfrastruktur
19 Avqust , 2015 13:40
​Azərbaycana Qazaxıstandan yeni teplovoz gətirilib

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycana Qazaxıstandan yük qatarı üçün yeni teplovoz gətirilib. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

N.Əzməmmədovun sözlərinə görə, bu teplovozlar tamamilə yenidir və Qazaxıstan-ABŞ birgə istehsalıdır: "Teplovozlar ABŞ-ın "General Motors" (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb".

Qeyd edək ki, iki ölkə arasında imzalanan müqaviləyə görə, Azərbaycana ümumilikdə 10 yük teplovozunun gətirilməsi nəzərdə tutulub.

Bir teplovozun gücü 3 500 at gücünə bərabərdir.

Son xəbərlər

Orphus sistemi