Azərbaycan vətəndaşları bu il Türkiyədə ev alışını 19 % artırıb

Azərbaycan vətəndaşları bu il Türkiyədə ev alışını 19 % artırıb Bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 47 mənzil alıb
İnfrastruktur
500
14 İyun , 2021 11:51
Azərbaycan vətəndaşları bu il Türkiyədə ev alışını 19 % artırıb

Bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 47 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin may ayı ilə müqayisədə 5 mənzil və ya 11,9 % artıb.

Ümumilikdə isə yanvar-may aylarında 429 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin beş ayı ilə müqayisədə 68 ədəd və ya 18,8 % çoxdur.

Qeyd edək ki, bu ilin may ayında Türkiyədə 1 796 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin may ayı ilə müqayisədə 926 ədəd və ya 2,06 dəfə çoxdur.

Bu ilin yanvar-may aylarında isə Türkiyədə 15 920 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 3 186 ədəd və ya 25,02 % çoxdur.

Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar mayda 239, yanvar-may aylarında isə 2 246 mənzil əldə edib.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 231, yanvar-may aylarında isə 2 387 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar fevralda 119 mənzil, yanvar-may aylarında isə 1 459 mənzilə sahib olub.

Son xəbərlər

Orphus sistemi