Azərbaycan və Türkiyə BTQ üzrə yük daşımalarını optimallaşdıracaq

Azərbaycan və Türkiyə BTQ üzrə yük daşımalarını optimallaşdıracaq Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırıb.
İnfrastruktur
26 Yanvar , 2023 18:39
Azərbaycan və Türkiyə BTQ üzrə yük daşımalarını optimallaşdıracaq

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırıb.

“Report”un xəbərinə görə, bu barədə razılıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşündə əldə edilib.

“Bu gün TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşdük. Türkiyəli həmkarlarla Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu çərçivəsində birgə fəaliyyət proqramını geniş müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırdıq”, - sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi