Azərbaycan və Polşa dəmiryolu sahəsində ikitərəfli əməkdaşlığı genişləndirir

Azərbaycan və Polşa dəmiryolu sahəsində ikitərəfli əməkdaşlığı genişləndirir Cavid Qurbanov və polşalı səfir bu istiqamətdə bir neçə məsələni müzakirə ediblər
İnfrastruktur
975
21 Aprel , 2017 11:42
Azərbaycan və Polşa dəmiryolu sahəsində ikitərəfli əməkdaşlığı genişləndirir
ady.gov.az

Bakı. 21 aprel. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın  Azərbaycandakı səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib. 

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

M.Tsalka isə beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi