Azərbaycan və İran bərə nəqliyyatının bərpa olunması məsələsini müzakirə edəcəklər

Azərbaycan və İran bərə nəqliyyatının bərpa olunması məsələsini müzakirə edəcəklər İranın Ənzəli azad ticarət zonasının rəhbəri Reza Masrur Azərbaycana səfər edəcək
İnfrastruktur
13 Yanvar , 2015 12:04
Azərbaycan və İran bərə nəqliyyatının bərpa olunması məsələsini  müzakirə edəcəklər

Bakı. 13 yanvar. REPORT.AZ/ Ənzəli azad ticarət zonasının (ATZ) direktoru Reza Masrur Azərbaycana səfər edəcək.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin "Report"a bildirib ki, R.Masrur yanvar ayının 19-da Bakıya gələcək və Azərbaycanın bir sıra nazirliklərində rəsmi görüşlər keçirəcək. 

Bundan başqa, R.Masrur gömrük sahəsində, eləcə də Azərbaycanın dəniz limanlarında yaradılan şəraitlə tanış olacaq. 

Səfər çərçivəsində R.Masrur Ənzəli və Bakı arasında bərə nəqliyyatının bərpa olunması məsələsini də müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi