Azərbaycan Rusiyanın minik avtomobili ixrac etdiyi ölkələrin ilk beşliyinə daxil olub

Azərbaycan Rusiyanın minik avtomobili ixrac etdiyi ölkələrin ilk beşliyinə daxil olub Bakı. 8 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana 2 400 ədəd minik avtomobili gətirilib.
İnfrastruktur
8 Yanvar , 2019 11:42
Azərbaycan Rusiyanın minik avtomobili ixrac etdiyi ölkələrin ilk beşliyinə daxil olub

Bakı. 8 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana 2 400 ədəd minik avtomobili gətirilib.

“Report”un məlumatına görə, bu barədə Rusiyanın “Avtostat” analitik agentliyinin hesabatında bildirilir. 

Məlumata görə, Azərbaycana ixrac edilmiş avtomobillərin Rusiyanın ümumi avtomobil ixracında payı 9,2%-ni təşkil edir. 

Belə ki, 11 ay ərzində Rusiyadan digər ölkələrə ümumilikdə 26 min minik avtomobili ixrac edilib. İxracın 70%-i 5 ölkənin payına düşüb. Siyahıya liderliyi Çexiya edir. Bu ölkəyə 6 300 ədəd minik avtomobili ixrac edilib.

2-ci yerdə Ukrayna (3 800 ədəd), 3-cü yerdə Özbəkistan (3 100 ədəd), Latviya (2 900 ədəd), 5-ci yerdə isə Azərbaycan qərarlaşıb. 

Növbəti yerləri isə Serbiya (577 ədəd), Estoniya (515 ədəd), Slovakiya (505 ədəd), İraq (500 ədəd) və Macarıstan (443 ədəd) tutub. 

Son xəbərlər

Orphus sistemi