Şahin Mustafayev: "Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyirik"

Şahin Mustafayev: "Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyirik" “Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyir”.
İnfrastruktur
11 Oktyabr , 2019 11:31
Şahin Mustafayev: Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyirik

“Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artırılmasını istəyir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O, bu barədə Bakıda keçirilən Əfqanıstan məhsullarının sərgisi çərçivəsində danışıb.

“Azərbaycan son illər nəqliyyat qovşağına çevrilməkdədir. Ölkəmizdən keçən nəqliyyat dəhlizlərindən biri də Lapis-Lazulidir. Bu gün Əfqanıstanın sənaye və ticarət naziri ilə görüşdə dəhlizlə daşınan yüklərin həcminin artırılması barədə fikir mübadiləsi apardıq. Düşünürük ki, Əfqanıstan məhsullarının həm Azərbaycana, həm də Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması baxımından dəhlizin böyük əhəmiyyəti var. Gələcəkdə dəhlizin təşviqi istiqamətində tədbirlər görəcəyik”, - deyə Ş.Mustafayev qeyd edib.

Nazir onu da deyib ki, Əfqanıstan şirkətlərinin öz imkanlarını Azərbaycanda təqdim etməsi üçün şərait yaradılacaq.

“Bununla yanaşı, Azərbaycan şirkətləri də Əfqanıstan bazarına çıxış imkanlarından istifadə edə bilərlər”, - deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi