Azərbaycan İstanbulda keçirilən “Logistrans - 2021” sərgisində təmsil olunur

Azərbaycan İstanbulda keçirilən “Logistrans - 2021” sərgisində təmsil olunur Türkiyənin İstanbul şəhərində 10-12 noyabr tarixlərində ənənəvi "Logistrans-2021" beynəlxalq logistika və nəqliyyat sərgisi keçirilir.
İnfrastruktur
10 Noyabr , 2021 14:31
Azərbaycan İstanbulda keçirilən “Logistrans - 2021” sərgisində təmsil olunur

Türkiyənin İstanbul şəhərində 10-12 noyabr tarixlərində ənənəvi "Logistrans-2021" beynəlxalq logistika və nəqliyyat sərgisi keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və törəmələri olan “ADY Express” və “ADY Container” şirkətləri birgə stendlə təmsil olunur.

Stenddə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit imkanları və yeni layihələr haqqında məlumatlar ziyarətçilərin diqqətinə çatdırılır. Azərbaycan Dəmir Yolları QSC-in təmsilçiləri, Bakı-Tbilisi-Qars dəmir yolunun üstünlüyü və imkanları, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub və ölkəmizin ərazisindən keçən digər Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumat verərək, gələcəkdə reallaşdırılacaq daha bir neçə nəqliyyat marşrutları haqqında informasiyaları bölüşüblər. Yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən Türkiyə və digər ölkələrin iri şirkətləri ilə danışıqlar aparılıb. İkitərəfli görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzində olub. Azərbaycan dəmiryolçuları, beynəlxalq şirkətlərin nümayəndələrini, yükdaşımalar sahəsində təklif etdikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilib və danışıqlar aparılıb. Ümumilikdə 180 şirkətin nümayəndələrinin iştirak etdiyi sərgiyə ilk gündən 10 min nəfərdən artıq ziyarətçi qatılıb.

Tədbirdə 25-dən artıq ölkədən olan 150-dən çox şirkət təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.

Son xəbərlər

Orphus sistemi