Bakı. 18 sentyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 631,1 mln. manat vəsait yönəldilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, təkcə avqust ayı ərzində ölkə iqtisadiyyatına qoyulan xarici sərməyənin həcmi 396,4 mln. manat təşkil edib. Bu göstərici yanvarda 459,8 mln. manat, fevralda 437,6 mln. manat, martda 489,1 mln. manat, apreldə 592,2 mln. manat, mayda 447,7 mln. manat, iyunda 466,2 mln. manat, iyulda 342,1 mln. manat olub.
Hesabata əsasən xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2915,0 milyon manatı (80,4 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsudur.