Azərbaycan, İran və Türkiyə yük daşımalarında yaranan problemləri müzakirə edib

Azərbaycan, İran və Türkiyə yük daşımalarında yaranan problemləri müzakirə edib İran prezidentinin köməkçisi Mahmud Vaezi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan mövcud şəraitdə qarşılıqlı ticarətin təşviq olunması yollarını müzakirə ediblər.
İnfrastruktur
5 May , 2020 10:46
Azərbaycan, İran və Türkiyə yük daşımalarında yaranan problemləri müzakirə edib
0 : 00
0 : 00

İran prezidentinin köməkçisi Mahmud Vaezi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan mövcud şəraitdə qarşılıqlı ticarətin təşviq olunması yollarını müzakirə ediblər.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Ruhsar Pekcan və Mahmud Vaezi, sərhədin İran tərəfində qalan türk yük maşınlarının problemlərindən danışıblar. 

Bundan başqa, Türkiyə-Bolqarıstan sərhədində saxlanılan tez xarab olan məhsulları daşıyan yük avtomobillərin cənuba Mersin limanına yönəldilməsi imkanlarını müzakirə edib.

Həmçinin, İran prezidentinin köməkçisi M.Vaezi və Azərbaycanın Baş Nazirin müavini Ş.Mustafayev arasındakı telefon danışığında, koronavirusun tranzit marşrutlarına, habelə dəmir yolu, dəniz və quru yolu ilə daşınmalarda yaratdığı problemləri müzakirə ediblər. Tərəflər də hazırlanmış sağlamlıq protokollarına əsaslanaraq yaxın iki gün ərzində bu problemlərin həllinə qərar veriblər.

Daha sonra tərəflər müştərək ticarət və işgüzar əməkdaşlığa dəstək verməyin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi