Azərbaycan Gürcüstan və Qazaxıstanla yeni logistika layihəsinə qoşula bilər
- 10 yanvar, 2022
- 09:44
“Gürcüstan Dəmir Yolları” SC Azərbaycan və Qazaxıstanla yeni layihə üzərində iş aparır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze “Forbes” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, birgə logistika birliyinin yaradılması planlaşdırılır və əsas fəaliyyət müştərilərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması və “bir pəncərə” prinsipi üzrə daşımalara yönəldiləcək.
“Gürcüstan Dəmir Yolları”nın 2022-ci il üçün əsas planlarına toxunan D.Peradze bildirib ki, yüklərin həcminin artırılması və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi əsas məqsəd olaraq qalır: “Prioritetlərdən biri hazırda sınaq rejimində işləyən Bakı-Tbilisi-Qars marşrutudur. Məqsədimiz bu xətt üzrə artım tendensiyasını saxlamaqdır”.