Azərbaycan gələn il 25 ixrac missiyası həyata keçirəcək

Azərbaycan gələn il 25 ixrac missiyası həyata keçirəcək Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın 2019-cu ildə 10 beynəlxalq sərgidə iştirakı, 25 ixrac missiyası həyata keçirməsi planlaşdırılır.
İnfrastruktur
14 Noyabr , 2018 12:23
Azərbaycan gələn il 25 ixrac missiyası həyata keçirəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın 2019-cu ildə 10 beynəlxalq sərgidə iştirakı, 25 ixrac missiyası həyata keçirməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov keçiridiyi mətbuat konfransında məlumat verib.

“İxrac missiyaları əsasən ənənəvi bazarlara, qismən yeni bazarlara reallaşdırılacaq. O cümlədən Çinin müxtəlif bölgələri ilə Azərbaycanın ticarət əlaqələrini genişləndirmək istəyirik. Gələn il bu ölkənin paytaxtı Pekində Azərbaycan Ticarət Evi açılacaq", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi