Dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsi 2020-ci ildə pilot layihə olaraq həyata keçiriləcək.
Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev bu gün "
Ü.Mehdiyev qeyd edib ki, "ASAN Railway" vasitəsilə həm sərnişin daşıma xidməti, həmçinin yükdaşımalar həyata keçirilə bilər.
Onun sözlərinə görə, layihə ilk dəfə həyata keçirildiyinə görə çox ciddi təhlükəsizlik konsepsiyası hazırlanır: "Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototipi hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək".
O vurğulayıb ki, yerli konsept olacaq: "Qatarın detallarına qədər burda istehsalı təşkil olunacaq, layihənin digər ölkələrdə də tətbiqi gözlənilir".
Ü.Mehdiyev əlavə edib ki, dəmir yolu şəbəkəsi sərnişin və yük daşımaları müəyyən vaxt intervalında həyata keçirir:"Bu intervalda olan sərbəst vaxtda insanlar dəmir yolu ilə taksi sifariş edə bilərlər. Bu cür layihə Yaponiyada tətbiq edilir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi genişlənir. Bakı- Tbilisi -Qars, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq layihələr həyata keçirilir, yəni Azərbaycan dəmir yolu şəbəkəsi dünyanın habına çevrilib. Bu şəbəkədən səmərəli istifadə etmək , həm Azərbaycan vətəndaşları üçün, həm turistlər üçün yeni sərnişin daşıma xidmətini yaratmağa hədəflənib."ASAN Railway" unikal layihədir və Azərbaycan buna imza atır".