"Azərbaycan Dəmir Yolları" keçirdiyi tenderin müddətini uzadıb

"Azərbaycan Dəmir Yolları" keçirdiyi tenderin müddətini uzadıb İddiaçıların təxminən 3 həftə vaxtı var
İnfrastruktur
10 Yanvar , 2017 09:42
Azərbaycan Dəmir Yolları keçirdiyi tenderin müddətini uzadıb

Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamenti VL-8, VL-11 seriyalı elektrovozlar üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı noyabrın 30-da və dekabrın 13-də elan etdiyi açıq tenderlərdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddətini bir daha artırıb. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, iddiaçılar ilkin sənədləri yanvarın 27-nə qədər, tender təklifi və bank zəmanətini isə fevralın 2-nə qədər QSC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Əli Dadaşovdur. 

Təkliflərə fevralın 3-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi