"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir Ramazan bayramı günlərində sərnişin qatarlarına hər gün 10-20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək
İnfrastruktur
10 İyul , 2015 10:31
Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçir

Bakı. 10 iyul. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentində Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

QSC-nin Mәtbuat Katibliyinin rәisi Nadir Әzmәmmәdov "Report"a bildirib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək". 

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”, - deyə şirkət rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi