AZAL uzun fasilədən sonra Moskvaya ilk müntəzəm reysi həyata keçirib

AZAL uzun fasilədən sonra Moskvaya ilk müntəzəm reysi həyata keçirib Bakı-Moskva müntəzəm aviareysləri bu gündən bərpa olunub
İnfrastruktur
17 Fevral , 2021 16:52
AZAL uzun fasilədən sonra Moskvaya ilk müntəzəm reysi həyata keçirib

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar uzun müddətdir ki, dayandırılmış Bakı-Moskva müntəzəm aviareysləri bu gündən bərpa olunub.

“Report”un Rusiya bürosu xəbər verir ki, uzun fasilədən sonra "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilk uçuşu həyata keçirib.

Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər müşaviri Orxan Hacıyev bildirib ki, bir ilə yaxındır vətəndaşlarımız sərhədlərin açılmasını, təyyarə uçuşlarının başlamasını gözləyir: "Sözsüz ki, o biri məhdudiyyətlərin ləğv olunması epidemioloji vəziyyətdən asılıdır. Amma yenə də bütün vətəndaşlarımızı təbrik etmək istərdim”.

Sərnişinlər isə deyib ki, pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq ediləndən bəri Azərbaycanda yaşayan ata-analarının, qohumlarının, yaxınlarının üzünə həsrət qalıblar: “Sevincimizi sözlə ifadə etmək çətindir. İnşallah koronavirus arxada qalar, Vətənə rahat gedib-gələ bilərik”.

Hələlik ölkəmizə yalnız Azərbaycan vətəndaşları və onların yaxın qohumları, Azərbaycanda yaşamaq və yaxud işləmək icazəsi olan əcnəbilər, həmçinin tələbələr gələ bilərlər. Xaricdən gələnlər azı 48 saat əvvəl alınmış koronavirus testinin "Mənfi" nəticəsinə dair arayış təqdim etməli və iki həftəlik karantindən keçməlidir.

Son xəbərlər

Orphus sistemi