AZAL Rusiyanın Dövlət Korporasiyası ilə anlaşdı

AZAL Rusiyanın Dövlət Korporasiyası ilə anlaşdı Bu gün Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası FDUM-in baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub.
İnfrastruktur
18 Fevral , 2020 15:45
AZAL Rusiyanın Dövlət Korporasiyası ilə anlaşdı

Bu gün "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-in baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub. 

Bu barədə “Report”a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

Səfər çərçivəsində Rusiya nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-in rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd ediblər.

Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcəkdir.

Son xəbərlər

Orphus sistemi