2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 19 096 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.
Sənədə əsasən, sərnişin daşınması koronavirus pandemiyasından öncə - ötən ilin I rübündə həyata keçirilib.
İllik müqayisədə sərnişinlərin sayı 117 503 nəfər və yaxud 7,1 dəfə azalıb.
Hesabat ilində xarici aviaşirkətlər Gürcüstana 692 260 sərnişin daşınması yerinə yetirib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 93% azdır.
Ötən il xarici aviadaşıyıcılar arasında qonşu ölkəyə ən çox sərnişin daşıyan şirkətlər Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” (172 012 nəfər) və Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkəti (86 562 nəfər) olub.