AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər

AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər "Azərbaycan Hava Yolları" QSC (AZAL) pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər.
İnfrastruktur
27 Sentyabr , 2023 16:35
AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər

"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər.

"Report" xəbər verir ki, bu barədə AZAL-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, bu möhtəşəm təsvir AZAL-ın “Laçın” adlı “Airbus A320neo” təyyarəsi ilə yaradılıb.

"Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik", - deyə aviaşirkət bəyan edib.

Son xəbərlər

Orphus sistemi