AZAL-ın Moskva reyslərində dəyişiklik yoxdur

İnfrastruktur
  • 30 iyun, 2017
  • 12:17
AZAL-ın Moskva reyslərində dəyişiklik yoxdur
Courtesy İmage

Bakı. 30 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Moskvaya (Rusiya) və əks istiqamətdə həyata keçirdiyi aviareyslərin qrafikində heç bir dəyişiklik yoxdur”. 

Bunu “Report”a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənskinin sözlərinə görə, Moskvada bu gün gözlənilən fırtınanın təmsil etdiyi aviaşirkətin uçuşlarına təsir etmək imkanı azdır.

Qeyd edək ki, Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq güclü fırtına gözlənilir. Sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada iyunun 30-da, günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və əlverişsiz hava müddətində qapalı məkanda qalmağı tövsiyə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti