AZAL: Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib

AZAL: Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib "Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir".
İnfrastruktur
193
16 İyun , 2021 12:10
AZAL: Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib
Valeh Əmiraslanov

"Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib: "Həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir. Qalan ərazilər isə köməkçi hissələrdir. Aerovağzalın gücü 1000 kVA olan iki ədəd transformator binasının tikintisi başa çatıb. Hazırda sahəyə Füzuli 110 kVA, 35 kVA və 10kVA gücündə transformatorlardan elektrik enerjisi paylanılır".

AZAL rəsmisi onu da qeyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi müəyyən edilmiş sahələri minalardan tam təmizləməlidir: "Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir".

Son xəbərlər

Orphus sistemi