AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır
İnfrastruktur
- 03 fevral, 2025
- 07:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə "Report" AZAL-a istinadən xəbər verir.
Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Son xəbərlər
13:29
Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Milli Məclis
13:27
Abas Miskərli: "Sığorta sektorunda investisiya alətlərinin azlığı əsas problemdir"
Maliyyə
13:26
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiq edib
Region
13:23
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
Milli Məclis
13:19
Video
İspaniyada iki qatar toqquşub, 10 nəfər ölüb
Digər ölkələr
13:17
ASA: Likvidlik tələbləri investisiya qərarlarına ciddi təsir göstərir
Maliyyə
13:16
Hökməli–Qobu–Güzdək avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
İnfrastruktur
13:13
Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər
Milli Məclis
13:11
Cəsarət Valehov: Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sistemi modernləşdirilir
Mədəniyyət siyasəti