Azad olunmuş ərazilərdə əmlakın inventarlaşdırılmasının yekunlaşdırılmasının vaxtı açıqlanıb
İnfrastruktur
- 31 oktyabr, 2024
- 15:49
Qarabağda aparılan antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş ərazilərdə (Xocalı, Ağdərə, Xankəndi, Xocavənd şəhərləri və Şuşa rayonu) daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılmasına və məlumatların Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə (QRGİS) daxil edilməsinə 400 min manat vəsait sərf olunacaq.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Adıçəkilən işləri İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi aparacaq. O, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elan etdiyi tenderin qalibi olub.
Müqaviləyə əsasən, bu işlərin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Son xəbərlər
11:51
Məşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub
Fərdi11:41
Tailand Kamboca ilə toqquşmalara görə komendant saatı tətbiq edib
Digər ölkələr11:04
NATO-da Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edilib
Digər ölkələr10:35
Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb
Digər ölkələr10:19
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramları bəlli olub
Komanda10:10
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək
Mədəniyyət siyasəti09:56
Amerikanın "Electron" raketi YATA-nın eksperimental peykini orbitə çıxarıb
Digər ölkələr09:41
KİV: Upamekano "Bavariya"dan "Real Madrid"ə transfer olunmağa yaxındır
Futbol09:25